MEK-ə xarici ölkələrdən nəşrlər daxil olmaqda davam edir
  
6666

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) mütəmadi şəkildə AMEA-nın elmi tədqiqat institutlarından, yerli oqranlardan, müəlliflər tərəfindən, xarici ölkələrdən müxtəlif elm sahələrini əhatə edən yeni nəşrlər daxil olur.

 

Amerika, Fransa, Almaniya və Türkiyədən MEK-ə daxil olan növbəti silsilə nəşrlər sırasında mədəniyyət, biomüxtəliflik, riyazi göstəricilər, müasir nüvə sistemi və s. bu kimi digər mövzular öz əksini tapmışdır.

 

İngilis, alman, fransız və türk dillərində olan nəşrlər arasında “Kyoto journal of Mathematics” (Kyoto Riyaziyyat jurnalı), “Ежемесячный журнал Китай” (Kitay - aylıq jurnalı), “Soviet nuclear modernity” (Müasir sovet nüvə sistemi), “Science news” (Elmi Xəbərlər), “Marine Biodiversity” (Dəniz müxtəlifliyi), “Elements an İnternational Magazine of Mineralogy, Geochemistry and Petrology” (Elementlər: Mineralogiya, Geokimya və Petrologiyaya dair beynəlxalq jurnal), “Spixiana Zeitchrift für Zoologie” (Spixiana - Zoologiyaya dair jurnal), “İndagationes mathematicae” (Riyazi göstəricilər), “Tribus jahrbuch” (Tribus – illik kitab), “Türk Dünyası Tarih Kültür Dergisi” (Türk Dünyası Tarix və Mədəniyyət jurnalı), “Türk dünyası araştırmaları” (Türk dünyası tədqiqatları) və s. yer alır.


İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82