MEK-ə “44 Günlük Diplomatiya Dərsləri” kitabı daxil olub
  
6661

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “44 Günlük Diplomatiya Dərsləri” adlı kitab daxil olub.

AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən nəfis tərtibatda nəşr olunan kitabda Prezident İlham Əliyevin 29 sentyabr – 09 noyabr 2020-ci il tarixləri arasında xarici KİV-ə silsilə müsahibələri yer alır.

Kitabda nəşr olunmuş 27 müsahibədə Azərbaycanın xarici ölkələr ilə sosial, strateji və iqtisadi, siyasi əlaqələri, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 44 günlük müharibə, qazanılan Zəfər və bu kimi mövzular əhatə olunur.

Qeyd edək ki, Azərbaycan, ingilis və rus dillərində çap edilən kitabın ideya müəllifi AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadədir.

İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82