AMEA Mərkəzi Elmi Kitabxanasına yazıçı, publisist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Müzahim İsmayılzadənin müəllifi olduğu “44 gün” kitabı daxil olub. Kitab, 2020-ci ilin 27 sentyabrından erməni təxribatlarına qarşı Azərbaycan Ordusunun əks hücumlarına, 30 il ərzində işğal altında qalan ərazilərimizin azad olunmasına həsr edilib. Kitabda ayrı-ayrı başlıqlarda 108 yazı yer alır.
Kitabxanaların fəaliyyəti bərpa olunduqdan sonra, oxucular həmin kitabı MEK-dən əldə edə bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82