MEK AMEA-nın elmi-təqdiqat institutlarının kitabxanaları ilə əməkdaşlığı davam etdirir
  
6582

“Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Nizamnaməsi”nə əsasən, MEK-in əməkdaşları Səyyarə Məmmədova, Yeganə Həsənova və Alidə Həsənova AMEA-nın elmi-tədqiqat institutları kitabxanalarının fəaliyyəti ilə tanışlıq, onlara metodik köməklik göstərmək, qabaqcıl təcrübənin öyrənilməsi və təbliği məqsədilə AMEA-nın Coğrafiya, Fəlsəfə və Sosiologiya, Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsi, Nəsimi adına Dilçilik, Nizami Gəncəvi adına Ədəbiyyat, İnformasiya Texnologiyaları və A.Bakıxanov adına Tarix İnstitutlarında olublar.

Burada institut kitabxanalarının fəaliyyəti, fondlarının vəziyyəti öyrənilib, elektron kitabxanaların yaradılması problemləri müzakirə olunub. Görüş çərçivəsində, AMEA-nın vitse prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA elmi-tədqiqat institutlarında kitabxana proseslərinin optimallaşdırılması və modernləşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi, elektron kitabxana, elektron kataloqların yaradılması və qorunması, virtual kitabxana xidmətləri haqqında təkliflərini bildirib. Akademik Rasim Əliquliyev, institutut kitabxanalarının metodik təminat sisteminin təkmilləşdirilməsi və yeni layihələrin keçirilməsinə dair fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib, əməkdaşların elmi- nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin, Mərkəzi Elmi Kitabxanada beynəlxalq kitabxanalarla əməkdaşlığın qurulması, elektron bazalara çıxış imkanları və oxucu xidmətlərinin təkmilləşdirilməsi barədə geniş müzakirələr aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82