AMEA-nın müxbir üzvü Tehran Mustafayevin biblioqrafiyasi nəşr olunub
  
6581

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından AMEA-nın müxbir üzvü Tehran Əlişan oğlu Mustafayevin biblioqrafik göstəricisi tərtib edilmişdir. Kitabın elmi  redaktoru, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, redaktoru dosent Şəhla Tahirqızı, tərtibçisi doktorant Afət Məmmədovadır.

Biblioqrafik göstərici Tehran Əlişan oğlu Mustafayevin elmi-pedaqoji fəaliyyətinin 1981-2020-ci illərini əhatə edir.

Göstəriciyə alimin hə­yatı, elmi-pedaqoji fəaliyyəti haqqında oçerk, dərslik və dərs vəsaitlərinin, Azər­­baycan və rus dillərində dərc olun­muş məqalələrinin, res­­­­­­­­pu­b­­li­ka və beynəlxalq əhəmiyyətli konfranslardakı mə­­­­­­­­­ruzələrinin, elmi-tədqiqat işlərinin və s. biblioqrafiyası daxil edilib.

Vəsaitdə, həmçinin Tehran Mustafayevin redaktə etdiyi kitablar, gör­kəm­li elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri, alimin hə­yatı, elmi və ic­ti­mai fəaliyyəti haqqında mənbələr də yer alıb.

Kitabdan istifadəni asanlaşdırmaq məqsədi ilə soraq axtarış aparatı tərtib edilmiş, Tehran Mustafayevin əsər­lə­rinin, eyni zamanda dövri, ardı davam edən və seriyalı nəşrlərin əlif­ba gös­tə­ri­ci­si­ verilmişdir.

Biobiblioqrafik göstərici filologiya sahəsində ça­­­­lışan alim və mü­tə­xəs­sis­lər, ali mək­təb­ tələbələri, həmçinin ge­niş oxucu kütləsi üçün nə­zər­­­­də tutulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82