“Elm” qəzetində AMEA əməkdaşlarının İkinci Qarabağ müharibəsində iştirakına dair maraqlı məqalə yer alıb
  
6579

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri yer alıb.

Nəşrin növbəti səhifələrində “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” mövzusunda keçirilən beynəlxalq konfrans, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi Yığıncağının, eləcə də Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının iclasları, AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənovun Aparatın idarə və şöbə rəhbərləri, həmçinin elmi bölmələrinin elmi katibləri ilə görüşü, Nəsirəddin Tusinin 820 illik yubileyinə həsr olunan tədbir və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “AMEA əməkdaşları İkinci Qarabağ müharibəsində yaxından iştirak ediblər”, “Qarabağda dağıdılmış İslam dini memorial kompleksləri”, “Ana dilimizin saflığını qorumaq müqəddəs borcumuzdur”, “Poeziya ruhlu fizik alim” sərlövhəli məqalələr, 2021-ci il Gənclər üçün Prezident mükafatına layiq görülən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyeva, o cümlədən görkəmli şair, yazıçı, dramaturq Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə ilə müsahibələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

Azərbaycan Milli Elmlər Akademiyası