AMEA-nın müəssisələri tərəfindən MEK-ə nəşrlər təqdim edilib
  
6566

Azərbaycan Milli Elmlər Akademiyasının müəssisələri tərəfindən Mərkəzi Elmi Kitabxanaya nəşrlər təqdim edilib.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən təqdim edilən ədəbiyyatlar sırasında millət vəkili, akademik Rafael Hüseynovun “Госпожа луна. Мехсети Гянджеви.”, “Храм словестности”, “Время Сабира”, “Царица державы рубаи”, “Мехсети Гянджеви”, “Вознесение слова”, filologiya elmləri doktoru, professor Kamil Allahyarovun “Генезис, становление и пути эволюции Азербайджанского стихосдожения” Azərbaycan ədəbiyyatına, mədəniyyətinə aid digər kitab və monoqrafiyalar yer alıb.

Həmçinin,  AMEA Hüquq və İnsan Haqları İnstitutundan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dərc olunmuş R.F.Mustafayevin “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər), “Ölüm marşı”, A.İ.Mustafayevanın “Soyqırımı və terror erməni ideologiyasının əsas amilləri kimi”, R.Vəlizadə “Мецамор: экологическая бомба для региона”, O.Kuznetsovun “A history of the transnational Armenian Terrorism in the Twentieth Century”, F.İsmayılovun “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” və digər monoqrafiyalar, elmi əsərlər daxil olub.

İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82