14 fevral “Beynəlxalq Kitab bağışlama günü”dür
  
6564

2012-ci ildən etibarən 14 fevral tarixi, ABŞ-ın məşhur “Delightful Children’s Books” uşaq kitab saytının yaradıcısı Emmi Brodmorun təşəbbüsü ilə “Beynəlxalq Kitab bağışlama günü” kimi qeyd olunur. Artıq bir neçə ildir ki, bu gün Azərbaycanda da bir sıra tədbirlər həyata keçirməklə qeyd olunur.

Bu bayramın əsas məqsədi adından da göründüyü kimi kitab bağışlayaraq, gənc nəsillərin mütəliəyə olan həvəsini daha da artırmaqdır. Bu münasibətlə dünyanın bir çox ölkəsində kitab bağışlama aksiyaları həyata keçirilir. Unutmayaq ki, dünyanın ən gözəl, ən dəyərli hədiyyəsi kitabdır.

Nəzdində bir milyondan artıq qiymətli elmi mənbələrin toplanıldığı, 6 mindən artıq oxucusu olan AMEA Mərkəzi Elmi Kitabxanası “Beynəlxalq Kitab bağışlama günü” münasibətilə maraqlı və təbliğat xarakterli videoçarx hazırlayıb.

Həmin videoçarxı linkə keçid edərək izləyə bilərsiniz.

İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82