Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
  
6481

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının təbrik məktubu

Ali Baş Komandan, Qalib Ordunun Zəfər Sərkərdəsi, Möhtərəm cənab Prezident!

44 günlük Vətən savaşında qazandığınız Qələbə xəbəri ilə bütün Vətən övladlarını sevindirərək, bizlərə fəxr hissi yaşatdınız.

AMEA Mərkəzi Elmi Kitabxanasının rəhbərliyi və əməkdaşları da bu Qələbədən qürur duyur.

Qarabağ qalibiyyətini 30 ildir ki, gözləyirdik. Bu Qələbə nəinki Azərbaycan Dövləti üçün, eyni zamanda, Cənubi Qafqazda da sülh və sabitlik yolunda yeni cığır açmış oldu. Azərbaycan sözün əsl mənasında regionun lider dövlətinə çevrildi. Beynəlxalq aləmdə də qəbul olunmuş aksioma yarandı: Azərbaycan yeni növ müharibə metodunun əsasını qoydu və Qalib oldu. Bu fikirləri beynəlxalq hərbi jurnallarda dərc edilən məqalələr də təsdiq edir. Təbii ki, bu uğurların təməlində Ümumilli lider Heydər Əliyev siyasi kursu və Sizin tərəfinizdən bu kursun layiqli inkişafı reallığı dayanır. Bütün bunlar həm də Sizin uzaqgörən praqmatik siyasi bacarığınızla həyata keçdi.

Ordumuzun savaşda qazandığı uğurlarla yanaşı, Sizin informasiya sahəsində xarici mətbuata, telekanallara müsahibələriniz, qətiyyətli davranışınız xalqımızın mübarizə əzmini daha da artırdı.

Sizinlə fəxr edirik, cənab Ali Baş Komandan!

Qələbəmiz münasibəti ilə Sizi təbrik edir, can sağlığı və apardığınız haqq mübarizəsində uğurlar arzulayırıq!

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, prof. Məmməd Əliyev