MEK-ə kitablar hədiyyə olunub
  
6474

AMEA Mərkəzi Elmi Kitabxanasının sabiq direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova tərəfindən MEK-ə kitablar hədiyyə olunub.

44 adda kitabın 14-ü Azərbaycan, 22-si rus, 8-i isə ingilis dilindədir. Onlardan bir neçəsini təqdim edirik: "Краткая медицинская энциклопедия" 3 cilddə, "Энциклопедический словарь медицинских терминов" 2 cilddə, "Лекарственные средства" 2 cilddə, "Health Care Systems in Transition/ Turkey 2020",  "The new Public Health, Ensuring value for money in health care", "The role of health technology assessment in the European Union" Qulam Məmmədli "Ömür dəftərindən səhifələr" (1897-1977), “Azərbaycan Respublikası Dövlət Arxivləri”, Samirə Mir-Bağırzadə "İncəsənət tarixi", Альгимантас Лекис "Переселение народов на Кавказе XXв.", Алиева Наргиз "Ибн Макула о мухаддисах Азербайджана", Ш.Сулейманов "История спецслужб Азербайджана ( в очерках) 1954-1991гг".

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev atılan humanist addıma görə, sabiq direktor Leyla İmanovaya dərin təşəkkürünü bildirir.

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82