Tarixdə bugün
  
6470

1975-ci ilin 2 yanvar tarixində Qəbələ rayonunun Vəndam kəndində doğulmuş, Azərbaycan Ordusunun general-mayoru Polad İsrayıl oğlu Həşimovun doğum günüdür.

Qeyd edək ki, general-mayor Polad Həşimov 2020-ci ilin 14 iyul tarixində Tovuz istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında 9 dekabr 2020-ci il tarixdə Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Polad İsrayıl oğlu Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!