Mərkəzi Elmi Kitabxananın mütəxəssisləri "TƏŞƏKKÜRNAMƏ" ilə təltif olunub
  
6467
Vətən müharibəsi zamanı “Karabakh is Azerbaijan!” Milli Platforması çərçivəsində informasiya mübarizəsində fəal iştirakına görə AMEA Mərkəzi Elmi Kitabxanasının mütəxəssisi və Vikipediya Açıq Ensiklopediyanın təlimçisi Nuray Tanrıverdiyeva Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən "TƏŞƏKKÜRNAMƏ" ilə təltif olunub.
Eyni zamanda AMEA Əlyazmalar İnstitutunun doktorantı, MEK-in Biblioqrafiya şöbəsinin “Biblioqrafik vəsaitlərin hazırlanması” sektorunun müdiri Təranə Rüstəmova da Vətən müharibəsi zamanı informasiya mübarizəsində fəal iştirak etdiyinə görə "Karabakh is Azerbaijan" Milli Platforması çərçivəsində "TƏŞƏKKÜRNAMƏ" ilə təltif edilib.
Qeyd edək ki, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün "Azərbaycan Diaspor Könüllüləri"nin təşəbbüsü ilə formalaşmış "Karabakh is Azerbaijan!" Milli Platformasının Könüllüləri ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərlə birlikdə həqiqətlərin beynəlxalq icitmaiyyətə çatdırılması istiqamətində davamlı və sistemli fəaliyyət göstərirlər.
Hər iki əməkdaşımızı ürəkdən təbrik edir və informasiya cəbhəsində apardıqları mübarizədə uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82