MEK-ə yeni təyin olunan direktor kollektivə təqdim olunub
  
6395

23 noyabr 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Rəyasət Heyətinin qərarı ilə yeni təyin olunan direktor, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev kollektivə təqdim olunub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Mərkəzi Elmi Kitabxananın Azərbaycan elmində tutduğu mühüm vəzifəsindən danışıb. Vurğulanıb ki, MEK 95 ildən artıq fəaliyyəti dövründə ölkəmizin ən iri kitabxana-informasiya müəssisələrindən birinə çevrilərək elmin inkişafında, elmi kadrların yetişdirilməsində əvəzsiz rol oynayıb. Mərkəzi Elmi Kitabxananın ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı inkişaf yolu keçdiyini, qeyd edən AMEA-nın akademik-katibi bu missiyanın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini nəzərə çatdırıb. Natiq, yeni inkişaf mərhələsinə qədəm qoyan MEK-in əsaslı inkişaf yolu keçdiyini və beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət üçün hər cür şərait yaradıldığını çıxışında xüsusi qeyd edib.

Daha sonra çıxış etmək üçün söz MEK-in yeni təyin olunan direktoruna verilib. Fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev ilk növbədə kollektivi salamlayaraq AMEA-nın prezidenti cənab Ramiz Mehdiyevə təyinatla bağlı dərin minnətdarlığını bildirib. Professor qeyd edib ki, MEK ölkəmizin kitabxanaçılıq tarixində müasir avadanlıqlarla təchiz olunan respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır. Professor M.Əliyev hədəflərə çatmaq və nümunəvi kitabxana xidmətini formalaşdırmaq məqsədilə MEK-in strukturunda islahatların aparılmasının vacibliyini, elmi şuraların və elmi-tədqiqat labaratoriyalarının yaradılmasının mühüm olduğunu xüsusi qeyd edib.  Eyni zamanda professor Məmməd Əliyev, 27 sentyabr 2020-ci ildən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan böyük Qələbə münasibətlə kollektivi təbrik edib. Direktor M.Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü, müdrik diplomatik siyasəti dəstəklədiyini və bundan sonra da kitabxana olaraq Cənab Prezidentin ətrafında sıx birləşəcəklərini diqqətə çatdırıb.

Sonda kollektiv adından çıxış edən MEK-in kitabxana xidmət üzrə direktor müavini, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni təyin olunan direktora işində uğurlar arzulayaraq, illərlə formalaşan tarixi ənənəyə malik kitabxanada bundan sonra da uğurlu iş fəaliyyətinin davam edəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

http://science.gov.az/news/open/15138

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82