Yeni Azərbaycan Partiyasının yaradılmasından 28 il ötür
  
6394

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət suverenliyinin möhkəmləndirilməsi üçün qarşıya bir sıra hədəflər qoydu. Amma bir yandan Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycanda hüquqi dövlət quruculuğu işinə vaxt ayırmasına əngəllər yaradır, digər tərəfdən isə bu istəyi həyata keçirəcək təcrübəli kadr potensialı yox idi. Yaxınlaşan fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalıları dahi lider Heydər Əliyevə müraciət etdi. Onlar tarixə “91-lər” adı ilə düşdülər.

Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin məntiqi yekunu və mövcud ictimai-siyasi şəraitin konkret nəticəsi idi. 

Dahi rəhbər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi, Azərbaycana rəhbərlik etməsi, 1990-cı illərin əvvəllərində ölkəmizi üzləşdiyi fəlakətlərdən xilas etdi.

Yeni Azərbaycan Partiyasının yaranması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 21 noyabr 1992-ci il müasir dövlətçilik tariximizin ən əlamətdar və unudulmaz günlərindən biri kimi təqvimə düşdü. Yarandığı ilk gündən, ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirən Yeni Azərbaycan Partiyası Azərbaycanın tarixində bu günə qədər heç bir siyasi təşkilata xas olmayan yüksəlişə sahib oldu. Azərbaycan tarixində bugünə kimi, bu qədər üzvü özündə birləşdirən siyasi təşkilat olmayıb. Öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib.

Bugün hər bir Azərbaycan vətəndaşı 28 ildir iqtidarda olan Yeni Azərbaycan Partiyasının ölkəmizin taleyində oynadığı mühüm rolu görür və qiymətləndirir, öz Prezidentinin ətrafında sıx birləşir. 27 sentyabr 2020-ci il tarixində ermənilərin dəfələrlə atəşkəsi pozması və mülki əhalini hədəf almasına qarşılıq olaraq əks-hücum əməliyyatı ilə başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin apardığı məqsədyönlü, müdrik diplomatik siyasət nəticəsində düşmənlə döyüşdə qazanılan bu böyük tarixi Qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.

Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin dünya miqyasında tanıdılmasında tutduğu mövqe ilə gündən-günə daha da təkmilləşərək, öz sıralarını könüllü olaraq genişləndirir və inkişaf edir. Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı naminə qızıl hərflərlə hər gün bir yeni tarix yazır.

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82