AMEA Rəyasət Heyətinin 20 noyabr 2020-ci il tarixdə keçirilən ilcasında tədbirin gündəliyinə çıxarılan növbəti məsələ AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələri haqqında olub. Mövzular ətrafında müvafiq arayışlar səsləndirilib. Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Rəyasət Heyətinin qərarı ilə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.