MEK-də Azərbaycan xalçalarının virtual sərgisi təşkil olunub
  
6392

Azərbaycan xalçalarının UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi ilə bağlı virtual sərgi təşkil olunub.

 2010-cu ildən bu siyahıya daxil edilən Azərbaycan xalçaları dekorativ tətbiqi sənətin nadir incilərindən sayılır və öz qədimliyi ilə seçilir. Respublikamız dilbər guşələri öz füsunkar təbiəti, mili-mədəniyyət nümunələri, qədim abidələri ilə yanaşı həm də nəfis xalçaları ilə dünyada tanınır. Dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı istiqamətində son 10 ildə yüksək nailiyyətlər əldə olunub. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə tanınması işində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK)-də sözügedən yubiley münasibətilə virtual sərgi təşkil olunub.

Sərgidə “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (Həbibbəyli İ., Muradov V.), “Naxçıvan xalçaçıları” (Muradov V.), “Xalça sənətində haşiyə elementləri və onların quruluşu” (Hüseynov M.),  “Azərbaycan multikulturalizmi”, “Azərbaycan xalçaları: Təbriz qrupu”, “Azərbaycan xalçası ensiklopediyası”, “Boyaqçılıq” (Qasımov M., Muradov V.), “Azərxalça”, “Azərbaycan xalçaları: Qarabağ qrupu” (Muradov V.), “Qazax-Borçalı bölgəsinin xalçaları” (Muradov V.), “Qarabağ bölgəsinin xalçaçılıq tarixi” (Muradov V.), “Azərbaycan xalçası” (R. Tağıyeva), “Azərbaycan xalçaçılıq sənəti” (Muradov V.),  “Azərbaycan xalçaları qrupu”, “Pazırık xalısı: Rəmzlər dünyası” (M. Hüseynov), “Ковры Туркменский ССР”, “Kamil Əliyevin xalça dünyası” və bu kimi başqa xalçaçılıq sənətinin tarixini və incəliklərini əks etdirən kitablar təqdim olunur.

Sərginin virtual formatını oxuculara təqdim edirik. Qeyd edək ki, oxucular noyabr ayının 27-dək davam edəcək virtual sərgini http://mek.az/ saytından və Mərkəzi Elmi Kitabxananın youtube kanalından https://youtu.be/2Xi3dTtZ3xY  izləyə bilərlər.

http://xalqqazeti.com/mobile/az/news/63868

http://rupor.az/xeberler/8618-mek-d-azrbaycan-xalalarnn-virtual-srgisi-tkil-olunub.html?fbclid=IwAR1M4rNgH6UbuBzZM-4dA2NI2lcwaWwDF_-9BYUBKx8s0sYCFPiFkBTr9XU

https://dialoq.info/mek-de-azerbaycan-xalcalarinin-virtual-sergisi-teskil-olunub/

https://edumap.az/mek-de-azerbaycan-xalcalarinin-virtual-sergisi-teskil-olunub/?fbclid=IwAR3rdpyu8zqKSVmRPqzKFv3Z0SgaeQN-jXNrlown9cYNUN8YBmRmm1ie-P4


İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82