"Vikipediya"da yeni məqalələr yaradılıb
  
6346

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst Elektron Resurslar (SER) şöbəsi tərəfindən bir sıra yeni məqalələr yaradılaraq "Vikipediya"-azad ensiklopediyaya daxil edilib.

İngilis siyasətçisi, diplomat, akademik, həvəskar atlet, kütləvi silahlanmanın tanınmış etirazçısı, pasifist Filip Con Noel-Beyker. https://az.wikipedia.org/wiki/Filip_Noel-Beyker

Şimali İrlandiyadan olan barış fəalı, 1976-cı ildə Şimali İrlandiya konfliktinin sülh yolu ilə həllinə həsr olunmuş təşkilat olan Barış İnsanları Cəmiyyətinin həmtəsisçisi, 1976-cı ildə Nobel Sülh mükafatçısı Elizabet Uilyams. https://az.wikipedia.org/wiki/Betti_Uilyams

Tariximizdə xüsusi rolu olan, 1813-cü il oktyabrın 18-də Rusiya-İran arasında Cənubi Azərbaycanda, Muğan ərazisində olan, Rusiyanın qələbəsi ilə nəticələnən Aslandüz döyüşü. https://az.wikipedia.org/wiki/Asland%C3%BCz_d%C3%B6y%C3%BC%C5%9F%C3%BC

"Qağayı əməliyyatı" adı ilə tanınan və Şimali Qafqazdan qaraçaylıların Sovet hökuməti tərəfindən güc tətbiq etməklə bütünlüklə Orta Asiyaya köçürülməsi kimi tarixə düşən Qaraçaylıların deportasiyası. https://az.wikipedia.org/wiki/Qara%C3%A7ayl%C4%B1lar%C4%B1n_deportasiyas%C4%B1

Qeyd edək ki, Azərbaycan dilində olan məqalələr deportasiyaların ağır nəticələri, tarixi döyüşlər zamanı bağlanılmış müqavilələr, müstəqillik uğrunda üsyanlar, yaşamaq, sevmək və cəmiyyət naminə sülh hərəkatı və s. mövzuları özündə əks etdirir.

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82