MEK-də Azərbaycanın şanlı mübarizəsinə həsr olunmuş sərgi təşkil edilib
  
6343

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sentyabrın 27-dən bu günə kimi davam edən işğalçı erməni terroruna qarşı Azərbaycanın şanlı mübarizəsinə həsr olunmuş "Bura Vətəndir" adlı  sərgi təşkil edilib. Sərgidə nümayiş olunan Azərbaycan, rus, ingilis dillərindəki kitablar, qəzet və jurnallar 1988-ci ildə erməni işğalçılarının Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, Azərbaycana qarşı hərbi təcavüz və digər mühüm mövzuları özündə əks etdirir. Nəşrlər sırasında “Xocalı şəhidləri və şahidləri”, “Erməni məsələsi: xəyanəti, deportasiyasını, soyqırımını və işğalı pərdələyən yalan”, “1920-ci ildə Qarabağ döyüşləri”, “Saxtalaşdırma tarixinin sirləri” və s. yer alıb.

Qeyd edək ki, nümayiş etdirilən kitablardan bir neçəsi Mərkəzi Elmi Kitabxananın İnformasiya Texnologiyalarının Hazırlanması və Tətbiqi şöbəsi tərəfindən  rəqəmsallaşdırılaraq pdf formatında oxuculara təqdim edilib.

Erməni cinayətləri sənədlər əsasında I cild (2004)  https://drive.google.com/file/d/1RHdhCYd-jKcrpOdY-fmM-xk-FFLNq3WJ/view

Xocalı Soyqırımı şəhidlərin dilindən (Qənirə Paşayeva, Həvva Məmmədova-2011) https://drive.google.com/file/d/14M4bjV2FK_4XtVgfQqz-ICtOtgzkbs77/view

Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti (Kəmalə  Ruintən-2008) https://drive.google.com/file/d/1vV2b-er7FQnCrOJ5D8eivNsiQ5iMLyJs/view -  

1920-ci ildə Qarabağ döyüşləri (Şəmistan Nəzirli-2009) https://drive.google.com/file/d/1JG6YFlD2xZMsPzENKuGA87bVdUFJg-EE/view

Тайны истории фальсификации (Cümşüd Nuriyev, Şəbnəm Nuriyeva-2010) https://drive.google.com/file/d/1uTNsaa6g4-T2JhAGcpjZ1F7hi6nb4Zh6/view

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82