Mərkəzi Elmi Kitabxanaya AMEA Şəki Regional Elmi Mərkəzindən kitablar daxil olub
  
6341

Ölkədə aparılan uğurlu siyasət bütün sahələrdə olduğu kimi, kitabxana işinin təşkilinə də müsbət təsirini göstərib, uğurlu nailiyyətlər əldə olunub. Kitabxanaların fondlarının zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Məhz bu baxımdan, Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) kitablar təqdim edilib. 69 adda daxil olan siyahıda Mərkəzin əməkdaşlarının elmi əsərləri, həmçinin regionun qabaqcıl şair və yazıçılarının 236 ədəd nəşrləri yer alıb. Qədim və orta əsr Şəkinin tarixindən, arxitekturasından, ədəbiyyatından, flora və faunasından, incəsənətindən bəhs edən  siyahıya müasir Şəkinin həqiqətlərini əks etdirən materiallar da daxildir.

Qeyd edək ki, təqdim edilən elmi nəşrlər beynəlxalq biblioqrafik standartalara uyğun işlənilərək, məlumat bazasında yerləşdirilib və sərgisi təşkil edilib. Sərginin interaktiv təqdimatı da nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82