Qazaxıstan portalında "Müstəqil Azərbaycanın informasiya mühitində kitabxanalar" adlı məqalə nəşr olunub
  
6322

Qazaxıstan portalında "Müstəqil Azərbaycanın informasiya mühitində kitabxanalar" adlı məqalə nəşr olunub. Qazaxıstandakı https://ea-news.kz saytında rus dilində dərc olunan məqalənin müəllifi Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarovadır.

Məqalədə bildirilir ki, Azərbaycan Respublikasında kitabxanaların informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartlara, hüquqi qanunvericilik aktlarına, demokratik prinsiplərə əsaslanan milli informasiyalaşdırma siyasəti əsasında modernləşdirilməsi zamanın tələbidir. 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən sonra, Müstəqillik dövrünün kitabxanaları milli və bəşəri intellektual resurslara yiyələnərək, bu resursların modern xidmət servisini təqdim edən mərkəzlər kimi formalaşmaqdadır.

Müəllif Azərbaycanda aparılan dövlət siyasətinin informasiya-kommunikasiya texnologiyalarının yeni bir prioritet sahə kimi inkişafına əlverişli şərait yaratması, eləcə də, Azərbaycan dövlətinin Cenevrə sammitində (2003, dekabr) razılaşdırılmış prinsiplərə sadiq qalması, informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirməsi, 2003-cü ilin 17 fevralında «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya» qəbul edilməsini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə Sammitdəki çıxışı və s. məsələlər haqda ətraflı məlumat verir.

S.Zülfüqarovanın yazdığı məqaləsində Azərbaycan Respublikasında ən geniş kitabxana-informasiya şəbəkəsi Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyasının kitabxanalar şəbəkəsinin olması, Bakı şəhərində Respublika əhəmiyyətli 4 kitabxana, eləcə də 84 kütləvi kitabaxana yerləşir. Azərbaycanın bütün regionalarında Mərkəzləşdirilmiş Kitabxana Sistemləri mövcudluğu, xüsusilə də Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı, Dağlıq Qarabağ və ətraf rayonların işğalı dövründə 927 kitabxana və filiallarının dağıdılması və məhv edilməsi haqda məlumatlat öz əksini tapmışdır.

Bundan başqa müəllif qazaxıstanlı oxuculara Azərbaycanın informasiya mühitində dünyaya inteqrasiya edən kitabxanalarımız, o cümlədən AMEA MEK-də yeni texnologiyaların tətbiqi, rəqəmsal informasiya resurslarının yaradılması, innovativ ideyaların reallaşdırılmasında fəal iştirak etməsini xüsusi qeyd edib.

Yazıda vurğulanır ki, Mərkəzi Elmi Kitabxana respublikada beynəlxalq kitab mübadiləsinin mühüm mərkəzlərindən biridir. AMEA MEK ABŞ, İngiltərə Fransa, Almaniya, İtaliya, Türkiyə, Rusiya İran, Səudiyyə Ərəbistanı, Misir və s ölkələr daxil olmaqla dünyanın 72 ölkəsinin 600-ə yaxın elmi qurumu ilə tərəfdaşlıq edir. Onların sırasında Akademiyalar, elmi tədqiqat mərkəzləri, ali təhsil müəssisələri, kitabxanalar, nəşriyyatlar, muzeylər, ayrı-ayrı alimlər, yazıçılar, ictimai xadimlər də vardır.

Məqalə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: 

https://ea-news.kz/%d0%b1%d0%b8%d0%b1%d0%bb%d0%b8%d0%be%d1%82%d0%b5%d0%ba%d0%b8-%d0%b2-%d0%b8%d0%bd%d1%84%d0%be%d1%80%d0%bc%d0%b0%d1%86%d0%b8%d0%be%d0%bd%d0%bd%d0%be%d0%b9-%d1%81%d1%80%d0%b5%d0%b4%d0%b5-%d0%bd%d0%b5/?fbclid=IwAR3-50Z70SvtKEiH4gZO3bZySsGs0Xdc8ijLqIszennBxG9L9sFyR-6Iz0s