MEK əməkdaşı YAP Yasamal Rayon Təşkilatının təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 51 illiyinə” həsr olunmuş videokonfransda iştirak edib
  
6302
14 iyul tarixində YAP Yasamal Rayon Təşkilatının təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 51 illiyinə” həsr olunmuş videokonfrans keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Oxuculara xidmət şöbəsinin rəhbəri Aygün Səfərovanın da iştirak etdiyi konfransda YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Elnur Allahverdiyevz, YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Əsmər Nəbiyeva,YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin şura üzvü Rəşadət Xalıqov çıxış ediblər. Konfransı giriş sözü ilə açan Tağı Əhmədov ilk növbədə Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin əziz xatirəsini yad edib, yaralılara Allahdan şəfa diləyib.
Qeyd edək ki, “Zoom” platforması üzərindən təşkil olunmuş tədbiri 150-dən çox iştirakçı dinləyib.