MEK oxucularına hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Şahin Teyyub oğlu Şükürovun müəllifi olduğu monoqrafiya və dərs vəsaitlərini elektron formatda təqdim edir
  
6299
    DİN-in Polis Akademiyasının “Daxili işlər orqanlarında inzibati fəaliyyət” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Şahin Teyyub oğlu Şükürovun müəllifi olduğu monoqrafiya və dərs vəsaitlərinin elektron versiyaları Mərkəzi Elmi Kitabxana tərəfindən oxuculara təqdim edilmişdir.

   Qeyd edək ki, Mərkəzi Elmi Kitabxananın istifadəçiləri kitabxananın “Elektron Kitablar” verilənlər bazasına daxil olub, kitabı pdf formatda yükləyə bilərlər.

    Hazırkı xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq müəlliflik hüququ haqqında razılaşma əsasında tənzimlənir.