Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarova “Rəqəmsal cəmiyyətdə kitabxanaların fəaliyyəti: mövcud problemlər” mövzusunda debatda çıxış edib
  
6296
30 İyunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Zoom proqramı vasitəsilə “Rəqəmsal cəmiyyətdə kitabxanaların fəaliyyəti: mövcud problemlər” mövzusunda peşəkar kitabxanaçılar arasında debat təşkil olunub. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarovanın iştirak etdiyi debatda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nəzakət Rəhmanova, Nurəddin Babazadə, mərkəzin əməkdaşları Şəhla Quliyeva, Pakizə Almazova, Aygün Hüseynova, Sadiq Musayev mövzu ilə bağlı çıxış ediblər.