Mərkəzi Elmi Kitabxana yenidən dezinfeksiya olunub
  
6291

25 iyun tarixində Azərbaycan Milli Elmlər Akademiyasının  Mərkəzi Elmi Kitabxanasında  növbəti dəfə sanitar-dezinfeksiya işləri həyata keçirilib. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün kitabxananın bütün otaqları, oxucu zalları, Sərgi salonu, konfrans zalları və dəhlizlər dezinfeksiya olunub.

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq, AMEA-da mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlər həyata keçirilir.