Mərkəzi Elmi Kitabxana Mirzə Ələkbər Sabirin kitablarını elektron formatda oxuculara təqdim edir
  
6281
     Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın görkəmli şairi, böyük satira ustadı Mirzə Ələkbər Sabirin əsərlərini PDF formatda oxuculara təqdim edir. Qeyd edək ki, istifadəçilər kitabxananın “Elektron kitablar” bazasına daxil olub kitabları yükləyə bilərlər. 
    Xatırladaq ki, xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq tənzimlənir.