MEK AMEA akademiki Nərgiz Axundovanın müəllifi olduğu e-kitablarını oxuculara təqdim edir
  
6277
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA-nın akademiki Nərgiz Axundovanın kitablarını PDF formatda oxuculara təqdim edir. Qeyd edək ki, Mərkəzi Elmi Kitabxananın istifadəçiləri kitabxananın “Elektron Kitablar” verilənlər bazasına daxil olub, kitabı pdf formatda yükləyə bilərlər. Hazırkı xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq müəlliflik hüququ haqqında razılaşma əsasında tənzimlənir.