Mərkəzi Elmi Kitabxana AMEA-nın professoru Salidə Şərifovanın elektron kitablarını təqdim edir
  
6258

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası  Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl Qələm» mükafatı laureatı, Rusiya Yazıçılar İttifaqının Q.R. Derjavin adına ordeni və M.A. Şoloxov adına beynəlxalq mükafatı laureatı, Rəsul Rza adına Ədəbiyyat Fondunun “Rəsul Rza” adına mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, AMEA-nın professoru Salidə Şərifovanın  (Salidə Şəmmədqızının) «Əriyən şam» hekayələr toplusunu və “Dionisin qələbəsi” adlı kitabını PDF-formatda təqdim edir. 
"Əriyən Şam" adlanan kitabında   ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni proseslərdə baş vermiş problemləri bədii təhlillə oxuculara təqdim olunur.
“Dionisin qələbəsi” hekayələr toplusunda Salidə  Şərifovanın müxtəlif illərdə qələmə aldığı “Dionisin qələbəsi”, “Mətn cızmaçısı”, “Layihə oyunu”, “Sən elə şeyləri anlamazsan”, “Ləzzəti - söhbəti”, “Əlyazmalar yanmır”, “Sənin səlahiyyətin çatırmı?”, “Psixiatrın gündəliyi” kimi hekayələri toplanıb.  

Sözügedən kitablarla PDF formatda oxucular kitabxananın “Elektron Kitablar” verilənlər bazasına daxil olub tanış ola bilər: