Mərkəzi Elmi Kitabxana yeni daxil olan elektron dərs vəsaitlərini təqdim edir
  
6248

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, professor Arzuman Həsənov tərəfindən PDF formatda ali məktəblər üçün elektron dərs vəsaitləri daxil olub. 
M.Ə.Ramazanov və A.Q.Həsənovun “ Nanotexnologiyadan laboratoriya işləri” adlı dərs vəsaitindən ali məktəblərin fizika, kimya və biologiya fakültələrinin bakalavr və magistr pillələrində təhsil alan tələbələr, aspirantlar və nanotexnologiya sahəsi ilə məşğul olan elmi işçilər istifadə edə bilərlər. 
F.H.Paşayev və A.Q.Həsənovun  “Atom və molekul fizikasında riyazi metodlar” adlı kitabında molekulların elektron quruluşunun kvantmexaniki tədqiqi zamanı yaranan molekulyar inteqralları hesablamaq üçün istifadə olunan riyazi metodlar, ayrılış və köçürmə düsturları, molekulyar funksiyalar şərh olunub. Dərs vəsaiti ali məktəblərin fizika və kimya fakültələrinin bakalavr, magistrant və doktorantları üçün nəzərdə tutulub. 
E.Q.Həşimov, Ə.M.Talıbov və A.Q.Həsənovun “Hərbi sistemlərin riyazi modelləşdirilməsi”, A.Q.Həsənovun “Hərbi sistemlərin riyazi modelləşdirilməsi məsələlərinin həlli”,  A.A.Bayramov və A.Q.Həsənovun “Tədqiqat nəticələrinin işlənmə üsulları “, A.H.Həsənov, A.Q.Həsənov, K.M.Tahirova və A.X.Həsənovun “İnformatikadan test tapşırıqları” dərs vəsaitləri Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elmi şurasında təsdiq edilərək eyniadlı proqram əsasında hazırlanıb. Vəsaitdə hərbi sahədə riyazi modellərin qurulması və onların həll metodları verilib. Bu vəsaitlər xüsusi təyinatlı ali təhsil müəssisələrinin adyunkt və dissertantları üçün nəzərdə tutulub. 
Mərkəzi Elmi Kitabxana sözügedən dərslikləri PDF formatda oxuculara təqdim edir. 
Oxucular kitabxananın “Elektron Kitablar” verilənlər bazasına daxil olub faydalana  bilərlər:

 



 

FirstPrev12NextLast