Məşhur numizmat-alim Y.A.Paxomovun vəfatından 55 il ötdü
  
6217

 

    Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Nadir kitab fondunda mühafizə olunan kolleksiyalardan ən zəngini tanınmış numizmat-alim Yevgeni Aleksandroviçın Paxomovun şəxsi  kolleksiyasıdır. Y.A. Paxomov 2 minillik tarixə malik zəngin Azərbaycan numizmatik irsinin ilk toplayıcısı və tədqiqatçısı olub. Azərbaycan Milli Elmlər Aka­de­mi­­yas­­ı­nın müxbir üzvü Yevgeni Aleksandro­viç Paxomov 1880-ci il fevralın 25-də Rusiyanın Stav­ro­pol şə­hə­ri­ndə doğul­muş­­dur. Gənc yaşlarında Tif­lisdə oxu­yar­kən o, ar­xeo­­logiya ilə maraq­lan­mağa baş­lamışdır. Zaqafqaziya Aksiz İda­rəsində iş­lə­yərkən Azərbaycanı, Gür­cüs­ta­nı gəzən gənc mü­təxəssis diyarın maddi mə­dəniyyət abi­də­lə­rinə maraq göstərib, on­la­rı tədqiq etmişdir. 1919-cu ildə təsis edilmiş Azər­baycan Dövlət Uni­ver­si­tetinə dərs de­mə­yə dəvət olunan Y. Pa­xo­mov Bakıya kö­çüb bütün yaradıcı hə­ya­tını Azərbaycan tari­xi­nin öyrənil­məsinə həsr etmişdir. 1920-1965-ci il­lərdə universitetdə pe­daqoji fəaliyyət gös­tə­rən Y. Paxomov eyni za­manda Azərbaycan Ta­rixi Muzeyində şö­bə­yə başçılıq etmiş, 1933-1965-ci illərdə isə EA-nın Ta­rix İns­ti­tu­tu­nun elmi işçisi kimi fəaliyyət gös­tərmişdir. 
Y. Paxomovun Bakı Xalq Təhsili İns­ti­­tu­tunda oxuduğu mühazirələr 1923-cü ildə cəm­­ləşdirilib “Azərbaycan tarixinin qısa kur­su” adı ilə nəşr edilmişdir. Bu, qədim di­ya­rı­mızın tarixinə dair ilk dərsliklərdən bi­ri idi. 
Alim Azərbaycan Tarixi Muzeyində zən­gin­li­yi­nə və dəyərinə görə keçmiş SSRİ-də şöhrət qa­­zan­mış Yaxın və Orta Şərq, Qədim Roma im­­periyası və Yunanıstan, habelə Rusiya sik­kə­lərindən ibarət olan nadir numizmatika kol­lek­siyasını yaratmışdır. İlk əvvəl 103 sik­kə­nin sax­landığı muzey kolleksiyasını o, 30000 nüsxəyə çatdırmışdır. Y. Paxomov Azər­bay­can­da və Qaf­qazda sikkə dəfinə­lərinə dair silsilə əsərlər ha­zırlayıb nəşr etdir­miş­dir. 1959-cu ildə onun “Azər­baycan sik­kə­lə­ri” monoqrafiyasının I bu­raxılışı dərc olun­muş­dur. 
Y. Paxomov 1946-cı ildə “Azər­bay­ca­nın və Qafqazın dəfinələrinə dair” möv­zu­sun­da dok­torluq dissertasiyası müdafiə et­miş­dir. 1947-ci ildə ona professor elmi adı ve­ril­miş, 1962-ci ildə isə alim Azərbaycan Elm­lər Aka­de­mi­ya­sının müxbir üzvü seçil­miş­dir. 1955-ci ildə Y. Paxomov Azər­bay­can SSR əməkdar elm xadimi adına layiq gö­rül­müş­dür. Elmin inkişafındakı xidmətlərinə və sə­­mərəli pedaqoji fəaliyyətinə görə Y. Pa­­xo­mov “Şərəf nişanı” ordeni və bir neçə me­­dal­la təltif olun­muş­dur. 
Azərbaycan Milli Elmlər Aka­de­mi­­ya­sı­­nın müxbir üzvü Yevgeni Paxomov 1965-ci ildə vəfat etmişdir. Onun şəxsi kitablarını ölümündən bir neçə il sonra, 1968-ci ildə həyat yoldaşı  AMEA-nın Mərkəzi Elmi Kitabxanasına bağışlamışdır. Alimin kitab kolleksiyası 4188 nüsxə sənəddən ibarətdir. Kolleksiyanın bütün ədəbiyyatı ayrı-ayrılıqda kitabxananın əsas kataloqunda tam şəkildə əks olunub. Kolleksiyaya monoqrafiyalar, ayrı-ayrı ottisklər, ensiklopedik və dövri mətbuat nəşrləri daxil edilmişdir. Ən geniş material tarixə aid olduğundan ədəbiyyat Avropa, Asiya, Qafqaz, Azərbaycan, Gürcüstan tarixi kimi yarımbölmələrə ayrılmışdır. 
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında saxlanılan Y.A. Paxomovun şəxsi kitabxanasının kolleksiyası  tarixçi, arxeoloq, numizmat, şərqçünas alimlər üçün əvəzolunmaz  mənbədir. 2012-ci ildə kitabxananın əməkdaşları  tərəfindən Paxomovun şəxsi kitabxanasının kataloqu hazırlanıb çap olunmuşdur.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82


 

 


FirstPrev12NextLast