Mərkəzi Elmi Kitabxana fəaliyyətinin təşkilinə dair telekonfrans keçirib
  
6216
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən Mərkəzi Elmi Kitabxanada (MEK) pandemiya və sosial izolyasiya şəraitində alim və mütəxəssislərin informasiya təminatının ödənilməsi və bu dövrdə fəaliyyətinin təşkili məsələlərinə həsr olunmuş telekonfrans keçirilib.
Kitabxana rəhbərliyinin və şöbə müdirlərinin iştirakı ilə keçirilən telekonfransda MEK-in koronovirus pandemiyası dövründə fəaliyyəti təhlil edilib və görüləcək işlərin əsas istiqamətləri və bu fəaliyyətdə iştirak edəcək işçi kontingentinin tərkibi və digər məsələlər müzakirə edilib.
Telekonfransda iştirak edən Elnur Hüseynov, Xuraman İsmayılova, Aygün Səfərova, Elmar Quliyev, İlahə Feyziyeva, İqrar Bağıyev, Ofeliya Yunusova, Nazilə Həsənova alim və mütəxəssislərin informasiya təminatının tam ödənilməsi üçün görülən işlər barədə danışıblar. Bundan əlavə, qarşıda duran digər məsələlər ətrafında da müzakirələr aparılıb, hər bir əməkdaşa üzərinə düşən öhdəliklər həvalə edilib.
Konfransın keçirilməsində məqsəd oxucuların daha çox marağını kəsb edən mövzularda resursların elektron bazalarını yaratmaq, alim və mütəxəssislər üçün bu çətin günlərdə lazımi informasiyanın əlçatan olmasını təmin etməkdir.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82