Mərkəzi Elmi Kitabxana AMEA akademiklərinin e-kitablarının təqdimatını davam etdirir
  
6211

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA-nın akademikləri Teymur Kərimlinin “Akademik Mirzə İbrahimov”, Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı”, Teymur Bünyadovun “Azərbaycan etnoqrafiyası” I və III cild, Muxtar İmanovun “Xalq gülüşünün poetikası”, Kamal Abdullanın “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud”, “Akademik Murtuza Nağıyev” (rus dilində) adlı e-kitablarını oxuculara təqdim edir.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxananın istifadəçiləri kitabxananın “Elektron Kitablar” verilənlər bazasına daxil olub, kitabı PDF formatda yükləyə bilərlər. Hazırkı xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq müəlliflik hüququ haqqında razılaşma əsasında tənzimlənir.

 



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82