MEK-ə “Azərbaycan dilinin semasiologiyası” və “İzahlı dilçilik terminləri lüğəti” adlı kitablar hədiyyə olunub
  
6182

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına professor Musa Adilov, Zemfira Verdiyeva və Firəngiz Ağayeva tərəfindən  “Azərbaycan dilinin semasiologiyası” və “İzahlı dilçilik terminləri lüğəti” adlı kitablar hədiyyə olunub. 
“Azərbaycan dilinin semasiologiyası” kitabında respublika ali məktəblərinin filoloji fakültələri üçün nəzərdə tutulmuş bu dərs vəsaitinin strukturu və məzmunu səciyyəvi xüsusiyyətlərə malikdir. Burada Azərbaycan dili materiallarını semasioloji baxımdan şərh edərkən müasir dilçiliyin ən yeni nailiyyətlərinə əsaslanaraq, dilçilik sahələrinin (leksikologiya və semasiologiya) qarşılıqlı əlaqə və münasibətləri, dilimizin tarixi və struktur semasiologiyası üçün səciyyəvi olan anlayışlar ətraflı şəkildə işıqlandırılır.
“İzahlı dilçilik terminləri lüğəti” kitabı elmi ictimaiyyət, tələbə və müəllim heyəti üçün nəzərdə tutulmuşdur. Oxucuların nəzərinə çatdırırıq ki, kitab heç bir əlavə dəyişiklik edilmədən (1989) təkrar latın qrafikalı əlifba ilə nəşr olunur.

 

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82