Bu il görkəmli xalq yazıçısı, ictimai xadim Rəhimov Süleyman Hüseyn oğlunun anadan olmasının 120 illiyi tamam olur.
  
6180

Bu il görkəmli xalq yazıçısı, ictimai xadim Rəhimov Süleyman Hüseyn oğlunun anadan olmasının 120 illiyi tamam olur. Süleyman Hüseyn oğlu Rəhimov 1900-cü il mart ayının 22-də Zəngəzur mahalının Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. S.Rəhimov ədəbiyyata romanla gəlmiş və roman bütün çoxillik yaradıcılıq fəaliyyəti dövründə onun nəsrinin əsas janrı olaraq qalmışdır. S.Rəhimov 1983-cü il oktyabr ayının 11-də vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Nəzərinizə çatdıraq ki, yazıçının “Şamo”, “Yazıçı və həyat”, Sönməz məşəl”, “Əfsanələr”, “ Mehman”, “Yaxşılıq”, “Süleyman Rəhimov haqqında”, “Seçilmiş əsərlər” adlı kitabları MEK-in fondlarında mühafizə olunur.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82