AMEA prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncamına əsasən MEK oxuculara, əməkdaşlara və AMEA-nın digər müəssisələrinin işçilərinə tibbi xidmət göstərməyə hazırdır
  
6179

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında 11.03. 2020-ci il tarixli sərəncamına əsasən  Mərkəzi Elmi Kitabxana (MEK) oxuculara, əməkdaşlara və AMEA-nın digər müəssisələrinin işçilərinə tibbi xidmət göstərməyə hazırdır.

MEK-də  İlk Tibbi Yardım otağı  əməkdaşları və oxucuları qəbul etməyə hazırdır. Simptomları ilə koronavirusa oxşar xəstə əməkdaşlara və oxuculara aşağıdakı tibbi xidmətlər təklif  oluna bilər:

- Şikayətin toplanılması (anamnez),

- Bədən hərarətinin ölçülməsi,

- Boğazın müayinəsi,

- Steril tənziflərin (maskaların) verilməsi,

- Təhlükəsiz davranış üzrə təlimatlandırma (çap formatda),

- Simptomatik müalicə,

- MEK-in ərazisinin müntəzəm olaraq sanitar-gigiyenik işlənilməsi.

 

19 mart 2020-ci il tarixində əsaslı sanitar-dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82