MEK-ə “Klinik Qastroenterologiya” (Yemək borusu, mədə və bağırsaq xəstəlikləri I hissə) kitabı daxil olub
  
6176

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına t.ü.e.d., professor V.Ə.Əzizov, t.ü.e.d., professor S.N.Alimetov, t.ü.e.d. E.M.Hətəmzadə, t.ü.f.d., dosent A.Ə.Nuriyev, t.ü.f.d., dosent S.R.Muradova, t.ü.f.d., dosent A.K.Ələkbərova və t.ü.f.d., dosent K.F.Məmmədyarovanın müəllifi olduqları “Klinik qastroenterologiya” (Yemək borusu, mədə və bağırsaq xəstəlikləri I hissə) kitabı daxil olub. Dərs vəsaitində yemək borusu, mədə və bağırsaq xəstəliklərinin klinikası, diaqnostikası və müasir müalicə üsulları barədə geniş məlumat verilmişdir. Kitab tələbələr, rezidentlər, terapevtlər, qastroenteroloqlar və digər mütəxəssislər üçün nəzərdə tutlmuşdur.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82