Bu il görkəmli yazıçı, şair, tərcüməçi Rzaquluzadə Mikayıl Manaf oğlunun 115 illiyi tamam olur.
  
6172

Bu il görkəmli yazıçı, şair, tərcüməçi Rzaquluzadə Mikayıl Manaf oğlunun 115 illiyi tamam olur. Mikayıl Manaf oğlu Rzaquluzadə 1905-ci il mart ayının 17-də Bakı şəhərində anadan olmuşdur. Ədəbi fəaliyyətə 1923-cü ildə "Abdulla Şaiq" kitabçasında nəşr edilən "Müəllim" şeiri ilə başlamışdır. Ədəbi təxəllüsü otuzuncu illərdə "MimRe", "M.R.", "R.Mikayıl", sonralar "M.Rzaquluzadə" olmuşdur. Azərbaycan tərcüməçiləri arasında ən çox səmərəli, məqsədəuyğun fəaliyyət göstərənlərdən biri də Mikayıl Rzaquluzadə olmuşdur. Mikayıl Rzaquluzadə 1984-cü il noyabr ayının 10-da Bakıda vəfat etmişdir. Bakı küçələrindən birinə adı verilmişdir.

Nəzərinizə çatdıraq ki, yazıçının “Ədəbiyyat”, “İlin yazı-Elin sazı”, “Seçilmiş əsərlər”, “Yaz günəşi” adlı kitabları MEK-in fondlarında mühafizə olunur.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82