MEK-ə Elbəyi Cəlaloğlunun “Əvən yeri” adlı kitabı daxil olub
  
6171

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasına  tanınmış yazıçı, şair-publisist, araşdırmaçı Elbəyi Cəlaloğlunun “Əvən yeri” adlı kitabı daxil olub. “Əvən yeri” kitabına Elbəyi Cəlaloğlunun bu vaxta qədər qələmə aldığı oçerklər, ədəbi-tənqidi mövzuda yazdığı məqalələr, tədqiqat xarakterli yazılar, səfər qeydləri, publisistik məqalələr, müsahibələr və kiçik həcmli hekayələrindən seçmələr daxil edilib. Kitabda həmçinin müəllif haqqında yazılmış, onun əsərlərindən bəhs edən ədəbi-tənqidi və publisistik məqalələr, həsr olunmuş şeirlər və götürülmüş müsahibələr də yer alıb. “Əvən yeri” kitabında 150-dən çox şair, yazıçı, rəssam, heykəltaraş, aşıq, alim, jurnalist, siyasətçi və s. Azərbaycan ziyalısı barədə müəllifin fikirlərini oxumaq olur. Burada həmçinin, Azərbaycanın və Türk dünyasının müxtəlif toponimləri haqda da müəllifin səfər qeydləri və araşdırma yazıları vasitəsilə məlumat almaq mümkündür.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82