MEK-ə Ziyafət Həbibova və Məftunə Abdullayevanın “Dəyişikliklərin idarə olunması” kitabı daxil olub
  
6169

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasına  Dövlət İdarəçilik Akademiyasının rektorunun analitik məsələlər üzrə müşaviri, dosent Ziyafət Həbibova və Məftunə Abdullayevanın “Dəyişikliklərin idarə olunması (Sxemlərlə izah)” (Avropa keyfiyyətli idarəetmənin təməlləri modelinin proqram və layihələri əsasında) dərsliyi daxil olub.
Dərslikdə son illər dövlət idarəçiliyində yeni tendensiya olan dəyişikliklər və onların idarə edilməsi qanunauyğunluqları nəzəri-konseptual şəkildə öz əksini tapıb. Eyni zamanda müasir dövrdə dünya dövlətlərinin idarəetmə sistemindəki dəyişikliklərin hansı səbəblərdən qaynaqlandığı aydınlaşdırılaraq, dəyişikliklərin idarə edilməsi Avropa Keyfiyyətli İdarəetmənin Təməlləri modeli əsasında işlənib, onun nəzəri və tətbiqi sahələrində öz təsdiqini tapan sxem və layihələrlə izah edilib.
Dərslik bu sahə üzrə təhsil alan bakalavr və magistrlər, fasiləsiz təhsilə cəlb olunan dövlət qulluqçuları, həmçinin dövlət idarəetmə nəzəriyyəsinin elmi əsasları ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.





İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82