MEK-ə professor Mirəli Seyidovun “Altın elbiseli adam” (Qızıl geyimli döyüşçü) adlı kitabı daxil olub
  
6116

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına  tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, Azərbaycanın Əməkdar elm xadimi, Azərbaycan milli yaradıcılıq akademiyasının müxbir üzvü, professor Mirəli Seyidovun “Altın elbiseli adam” (Qızıl geyimli döyüşçü)  adlı kitabı daxil olub. Qazaxıstanın simvollarından olan “Qızıl döyüşçü” tamamilə qızıldan düzəldilmiş paltar geymiş sak döyüşçüsüdür, 1969-cu ildə Qazaxıstan arxeoloqu Kamal Akişev aşkar edib. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı fraqmentlər əldə edilib. 2017-ci ilə qədər Qazaxıstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçü aşkar edib. 1984-cü ildə çap olunan “Altın elbiseli adam (Qızıl geyimli döyüşçü) kitabı maraqlı bir tarixi olayla bağlıdır. 1970-ci ildə Almatı ətrafında yerləşən Esik kurqanından Saqa xaqanının oğlunun məzarı aşkarlanır. Altun geyimli şahzadənin məzarı türkoloqların hədsiz marağına səbəb olur. Burada diqqəti cəlb edən məzarda tapılan qızıllardan daha çox gümüş qabın üzərində yazılan iki sətrlik türkcə yazı idi: “Tigin 23 yaşında öldü. Esik xalqının başı sağ olsun”. Mirəli Seyidovun kitabı qızıl döyüşçünün məzarından tapılanlar və geyimi üzərində olan simvolların mifoloji tədqiqi ilə bağlıdır.
Qeyd edək ki, mərhum professor  Mirəli Seyidovun “Altın elbiseli adam
(Qızıl geyimli döyüşçü) adlı kitabını ilk dəfə İzmirdə yaşayan  Odər Əlizadə Türkiyə türkcəsinə uyğunlaşdıraraq çap edib.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82