MEK-ə akademik Y.H.Məmmədəliyevin 3 cildlik “Seçilmiş əsərlər” kitabı daxil olub
  
6093

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycanda üzvi kimyaçılar məktəbinin qurucusu, Azərbaycanın ilk akademiklərindən biri, iki dəfə AMEA prezidenti olmuş Yusif Heydər oğlu Məmmədəliyevin "Seçilmiş əsərlər" adlı 3 cildlik nəşri daxil olub.
Yusif Məmmədəliyevin əsərlərindən ibarət kolleksiya AMEA Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar təkrar nəşr edilib.
Kolleksiya neft-kimya sahəsinin mütəxəssisləri, müəllimlər və universitet tələbələri üçün nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, üçcildlik kitab MEK-in elektron kataloquna daxil edilib.