Azərbaycan Diaspor Könüllüləri “Vikipediya” təlimlərində iştirak edəcəklər
  
6092

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Diaspor Könüllüləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak edəcəklər.
Potensiallı gənclərdən təşkil olunan könüllülər gələcəkdə “Vikipediya”nın Azərbaycan dili bölməsinin zənginləşdirilməsi ilə yanaşı, xarici dillərdə də məqalə yaradılmasında iştirak edəcəklər.
İntellektual və potensiallı gənclərin təlimlərdə iştirakı ölkədə başlanan “Vikipediya” hərəkatını daha da stimullaşdıracaq. Təlimlərə fevralın 17-dən başlanılacaq.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82