“Vikipediya”da müxtəlif elmlər haqqında məqalələr yaradılır
  
6091

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, qədim abidələri və müxtəlif elm sahələri haqqında məqalə yaradılması, zənginləşdirilməsi və redaktə olunması prosesi davam edir.
“Vikipediya”da humanitar mövzularla yanaşı, dəqiq, texniki elmlər haqqında da məqalələr yaradılır. Belə ki, könüllülər tərəfindən kimya sahəsi üzrə oksigen, Gibbs enerjisi, kalium xlorat, kalium permanqanat, kombinatorial məntiq, atropin, həmçinin farmakologiya haqqında maraqlı məlumatlar “Vikipediya”da yerləşdirilib.
“Vikipediya”da bu istiqamətdə məqalə yaradılması prosesi davam edir.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82