MEK “Açıq kitabxana” layihəsinin icrasına davam edir
  
6089

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan təhsil müəssisələrinə, AMEA İnstitutlarına kitabların əlçatan edilməsi, mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsinin icrasına davam edir. Belə ki, kitabxana AMEA Seysmoloji Xidmət Mərkəzinə 49 sayda sənəd, AMEA Naxçıvan bölməsinə 117 nüsxə sənəd təqdim edib.

Məlumat üçün bildirək ki, MEK “Açıq Kitabxana” layihəsinə 2016-cı ilin may ayından başlayıb. Bu günə qədər onlarla müəssisə və təşkilata minlərlə kitab təqdim edib.

 



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82