MEK-in Biblioqrafik Sorğular bölməsi 27 biobiblioqrafik göstərici tərtib edib
  
6082

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Biblioqrafik sorğular bölməsinin fəaliyyətinin əsas istiqamətlərindən birini “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası altında biobiblioqrafik göstəricilərin tərtib edilməsi və redaktəsi təşkil edir. Bölmənin əməkdaşları biblioqrafik sorğu xidməti göstərərək, biblioqraflar tərəfindən növbəli şəkildə oxucuları maraqlandıran mövzular barədə onların sorğuları elektron və ənənəvi kataloq vasitəsilə həyata keçirir. Bölmə tərəfindən ayrı-ayrı institutlar və təşkilatlar tərəfindən müxtəlif mənbələrin dəqiqləşdirilməsi və axtarılması məqsədilə dəqiqləşdirilmə sorğuları, görkəmli elm və ictimai xadimlər haqqında və tarixi əhəmiyyətli mövzulara dair mövzu sorğuları yerinə yetirilir. Azərbaycan Respublikası Prezidentinin görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi haqqında sərəncamına əsasən görkəmli xadimlərin yubileyləri ilə əlaqədar hazırlanmış mövzu sorğularını xüsusilə qeyd etmək olar.

Bölmənin fəaliyyət istiqamətlərindən biri də müxtəlif qəzetlərdə olan elm, təhsil, mədəniyyət, görkəmli elm və ictimai xadimlər haqqında olan məqalələrin seçilməsi və məqalələrin biblioqrafik kartatekasına daxil edilməsi üçün biblioqrafik təsvir verilməsidir. Bölmə tərəfindən 27 biobiblioqrafik göstərici tərtib edilib, 7 biobiblioqrafik göstəricinin redaktəsi həyata keçirilib.

 

 



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82

FirstPrev12NextLast