İordaniya və Yunanıstandan olan gənclərə “Vikipediya”da fəaliyyətlərinə görə sertifikatlar verilib
  
6078

İordaniya Universitetinin tələbəsi Samia Xamis, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Salatın Məmmədli, 13 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mətin Hüseynzadə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak ediblər. Könüllülər MEK-in rəhbərliyi tərəfindən sertifikatlarla təltif olunub. Samia Xamis “Vikipediya”nın ingilis və ərəb dili bölmələrində Azərbaycanla bağlı məqalələrin zənginləşdirilməsi istiqamətində fəaliyyət göstərəcəyini, Salatın Məmmədli “Vikipediya”nın yunan dil bölməsində məqalələr yaradacağını bildirib. Mətin Hüseynzadə kompüter elmi mövzusunda məqalələrə daha çox üstünlük verdiyini deyib. Qeyd edək ki, bir neçə ildir MEK-də “Vikipediya”nın tədrisi ilə bağlı təlimlər keçirilir.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82