MEK Fondlarının mühafizə bölməsi və Nadir kitab fondunun rəhbəri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova: "Qədim Quba haqqında"
  

       Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin Sasani hökmdarı I Qubadın adından götürüldüyünü deyir. IX-X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372-1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, “dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi”. Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı. S. Aşurbəyli belə hesab edir ki, Quba Xilafətin Azərbaycanı və Dağıstanı istila edərkən Mədinə yaxınlığındakı Quba şəhərindən gəlmə ərəb tayfalarının VII əsrdə özləri ilə gətirdikləri eyniadlı toponimlər sırasına daxildir. Bu adın ərəb Xilafətinin istila etdiyi ərazidə geniş yayılma arealı, eləcə də, Quba şəhərini təsvir edən Zeynalabdin Şirvaninin (XIX əsr) aşağıdakı məlumatı bu fərziyyəni təsdiq edir: “Qədimdə ərəb tayfalarından biri Qubaya köçərək burada məskən salmışdır”. Firuz Qubada köçüb gələn ərəblər Mədinənin yaxınlığındakı şəhərin adı ilə səsləşən adı eşitdikdə, Məsqət kimi, onu da tanış olan Quba adı ilə adlandırmışlar. Məsud ibn Namdar Sədunun (indiki Siyəzən) daxil olduğu nahiyədə Qavadan kəndinin adını çəkir. Burada Qavad adına yer, şəhər və s.bildirən “an” suffiksi artırılmışdır. Ola bilər ki, bu elə həmin Firuz  Qubad Qubanın qədim adıdır. XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi. Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür və müasir Quba və Şabran (Dəvəçi) rayonlarının ərazisini əhatə edir. Dağlıq hissəyə – QonaqkəndXaşıCimiAfurcaYerfiBuduqQırızCekSalmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar; Dağətəyi hissədə xalça istehsalı – Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi məktəbləri; Ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları  “Qədim-Minarə”, “Qımıl”, “Alpan”, “Qollu-çiçi”, “Pirəbədil”, “Hacıqayıb”, “Qırız”, “Cek” və s.-dir Bu zonada toxunan “ÇİÇİ”, “SIRT ÇİÇİ”, “QIMIL”, “CİMİ”, “YERFİ” xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir. Memarlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində “Ələmu” adlı qala və tarixi məscid vardır. Azərbaycanın bu qədim və füsunkar diyarı haqqında maraqlanan oxucuları kitabxanamızda mühafizə olunan maraqlı məlumat mənbələri ilə tanış etmək üçün nümunələr veririk.

                                                                                                          Azərbaycan dilində
1. Babayev, A. Rusiyaya qovuşmaq ərəfəsində.-Bakı: Azərnəşr, 1988.-167 s.
Quba xanlığının Rusiya təmayüllü siyasəti haqqında.
2. Bakıxanov, A. Gülüstani-İrəm.-Bakı, 2001.-287 s.
Zəngin tarixi mənbələrə istinadən yazılmış əsərdə Quba və qubalı Fətəli xan haqqında ətraflı məlumat almaq olar.
3. Baykara, H. Azərbaycan istiqlal mübarizəsi tarixi.-Bakı: Azərnəşr, 1992.-276 s.
Bu istiqlal mübarizəsində Qubanın rolundan da danışılır.
4. Bədəlov, Ə. Abbasqulu Ağa Bakıxanovun siyasi-hüquqi görüşləri.-Bakı: Elm, 2001.-120 s.
A.A.Bakıxanovun həyatının Quba ilə bağlı səhifələri haqqında.
5. Cavadov, Q. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri: (Şimal-Şərq rayonlarının materialları əsasında tarixi-etnoqrafik tədqiqat).-Bakı: Elm, 1979.-128 s.
Monoqrafiyada Quba rayonundan toplanmış etnoqrafik materiallardan da istifadə olunmuşdur.
6. Düma, A. Qafqaz səfəri: (təəssürat).-Bakı: Gənclik,1986.-142 s.
Məşhur fransız yazıçısının Azərbaycana səfəri zamanı Qubada olduğu və təəssüratları haqqında.
7. Əliyev, M. Quba-Şirvan folklor örnəkləri.-Bakı,2013.-328 s.
8. Əliyev, N. 1917-1920-ci illərdə Azərbaycanda türk-müsəlman soyqırımları ilk mənbələrdə.-Bakı:Nurlan, 2009.-204 s.
Qubada baş verən hadisələr haqqında da məlumat verilir.
9. Fayql, E. İpək yolu üzərində odlar yurdu-Azərbaycan tarixi.-Bakı: Şərq-Qərb,2009.-184 s.
Erməni daşnaklarının Qubada törətdiyi qırğın haqqında.
10. Hacınski, İ. Qubalı Fətəli xanın həyatı.-Bakı,1959.-54 s.
11. Hüseynzadə, Ə. XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı.-Bakı, 1967.-218 s.
Gülüstan sülh müqaviləsinə görə İran hökuməti Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Talış xanlıqlarına olan iddiasından əl çəkməyə məcbur oldu.
12. İbrahimov, N. Azərbaycan tarixinin alman səhifələri.-Bakı: Azərbaycan, 1997.-336 s.
Quba xanlığının Rusiyaya tabe etdirilməsi haqqında.
13. Qarayev, E. Azərbaycan XVIII əsr rus və Qərbi Avropa səyyahlarının təsvirində.-Bakı, 2005.-160 s.
Monoqrafiyada Quba haqqında xarici səyyahların fikirləri verilmişdir. 
14. Quba əyalətinin kameral təsviri: (1831-ci ildə kollec reqistratoru Xotyanovski tərəfindən tərtib edilmişdir) /tərcümə, giriş, qeydlər və yekun cədvəllərin müəllifi Tofiq Mustafazadə.-Bakı:Sabah, 2008.-752 s.
15. Quba məzarlığı –erməni cinayətlərinin qanlı izi.-Bakı, 2010.-28 s.
16. Quba şəhidləri.-Bakı: Azərbaycan, 1996.-256 s.
                                                                                                                     Rus dilində
17. Акты собранные Кавказской Археографической Комиссией /под ред. Ад. Берже.-Тифлис, 1870.-том IV-III.-1011 с.
18. Алиев, Ш. Исторический обзор и анализ карт Каспийского моря до начала XIX в. Административные карты территории Азербайджана и их изменения за период 1813-1970 гг.-Баку, 2007.-223 с.
19. Ашурбейли, С. Государство Ширваншахов (VI-XVI вв.).-Баку:Элм, 1983.-344 с.
А.А.Бакиханов сообщает, что он сам видел близ Губы прекрасную гробницу Ширваншаха Кавуса ибн Кейгубада.
20. Ашурбейли, С. История города Баку:(период средневековья).-Баку,1992.-402 с.
Фатали-хан Губинский, которому подчинялось несколько ханств Азербайджана овладел всем Ширваном.
21. Ашурбейли, С. Очерк истории средневекового Баку:(VIII-начало XIX вв.).-Баку, 1964.-534 с.
Бакинское ханство в 70-х годах попало в вассальную зависимость от сильного ханства, расширившего свою территорию за счет соседних ханств.
22. Ашурбейли, С. Экономические и культурные связи Азербайджана с Индией в средние века.-Баку: Элм, 1999.-152 с.
В Азербайджане в ряде районов имеются таты-христиане, например в селение Килвар (Губинский район)
23. Бакиханов, А.А. Сочинения. Записки. Письма.-Баку: Элм, 1983.-344 с.
 С начала 1835 г. А.А.Бакиханов поселился в древне Амсар Губинский провинции.
24. Бакиханов, А.А. Гюлистан-Ирам.-Баку, 1926.-196 с.
25. Балаев, А. Азербайджанские тюрки: процессы формирования нации и национальной идентичности на рубеже XIX –XX вв.-Баку:Ганун,2010.-328 с.
В результате административных реформ 40-х гг. XIX века Губинский и Дербентский уезды вошли в состав Дербентской губернии.
26. Балаев, а. Мартовские события 1918 года в Азербайджане.-Тбилиси, 2009.-56 с.
Вслед за Баку и Шамахой, такая же трагическая участь постигла и азербайджанское население Губинского уезда Бакинской губернии.
27. Бартольд, В. Место прикаспийских облестей в истории мусульманского мира.-Баку, 1925.-152 с. 
28. Бартольд, в. Сочинения.-в 9-ти томах.-Москва, 1963.-том 1.-760 с; том 2.-1020 с.- том 5.-757 с.
29. Бутков, П. Материалы для новой истории Кавказа с 1722 по 1803 год.-СПб, 1869.-часть 1.-548 с; часть 2.-602 с; часть.-620 с.
30. Валуев, П. Фатали-хан Губинский.-Баку: АзФАН,1942.- 30 с.
31. Вейденбаум, Е. Путеводитель по Кавказу с 12 рисунками и дорожною картою.-Тифлис, 1888.-434 с.
32. Великая дружба азербайджанского и русского народов: (с древних времен до наших дней): Документы, письма, статьи, воспоминания, художественные произведения.-баку, 1964.-Книга 1.-417 с.
33. Вердиева, Х. переселенческая политика Российской Империи в Северном Азербайджане:( XIX- начало XX вв).-Баку: Алтай, 1999.-300 с.
34. Весь Азербайджан. Адресная и справочная книга на 1924 год /сост. С.Альтшулер.-Баку, 1926.-259 с.
35. Гаджибабаев, С. Культура Азербайджана в период первой русской революции (1905-1907гг.) Баку, 1990.-112 с.
36. Колониальная политика Российского царизма в Азербайджане в 20-60-х гг. XIX в. Феодальные отношения и колониальный режим 1827-1843 гг. /ред. И.Петрушевский.-М-Л., 1936.-Часть1.-478 с; часть 2.-478 с.
37. Кустарная промышленность на Кавказ. Ковровый промысел в Губинском уезде, Бакинский губернии.-Тифлис, 1902.-201 с.
38. Левиатов, В. Очерки из истории Азербайджана в XVIII веке.-Баку, 1948.-225 с.
39. Современники о Бакиханове /сост. И.К.Ениколопов.-Баку: Элм, 1975.-63 с.
40. Списки населенных мест Российской империи по Кавказскому краю. Кавказским статистическим комитетом при главном управлении наместника Кавказского. LXV. Бакинская губерния.-Тифлис, 1870.-248 с.
41. Сумбатзаде, А. Азербайджанская историография XIX- XX веков.-Баку: Элм, 1987.-316 с.
42. Сумбатзаде, А. Губинское восстание 1837 г..-Баку, 1961.-122 с.
43. Сумбатзаде, А. Промышленность Азербайджана в XIX в.-Баку, 1964.-501 с.
44. Сумбатзаде, А. Сельское хозяйство Азербайджана в XIX в .-Баку, 1958.-363 с.
45. Сумбатзаде, А. Социально-экономические предпосылки победы Советской власти в Азербайджане.-Баку, 1972.-253 с.
46. Сысоев, В. К вопросу об издании «Гюлистан-и Ирам» А.А. Бакиханова.-Баку, 1928.-5 с.
47. Сысоев, в. Краткий очерк истории Азербайджана: (Северного).-Баку, 1925.-144 с.
48. Тагиев, Ф. История города Баку в первой половине XIX века (1806-1859).-Баку: Элм, 1999.-196 с.
49. Тарихи-Дербендь-наме /под ред. М.Алиханова-Аварскаго.-Тифлис, 1898.-192 с.
50. Указы Губинских ханов /перевод Ф.Ростопчина.-Тбилиси, 1937.-книга 3.-108 с.
51. Халилов, А. Геноцид против мусульманского населения Закавказья в исторических источниках.-Баку: Азернешр, 2000.-168 с.
52. Халилов, Дж. Археологические памятники Северо-Восточного Азербайджана.-Баку: Элм, 1990.-216 с.