MEK-də görkəmli rus yazıçısı A.P.Çexovun 160 illik yubileyi ərəfəsində sərgi açılıb
  
6015

  Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli rus yazıçısı dramaturq A.P.Çexovun 160 illik yubileyi ərəfəsində sərgi açılıb. Sərgidə yazıçının rus dilində çap olunmuş 146 əsəri və haqqında yazılmış 203 sənəd,  Azərbaycan dilində isə - 27 ədəd seçilmiş əsərlər və 29 ədəd yazıçı haqqında sənədlər nümayiş olunur.  
  Kitabların sırasında “Seçilmiş əsərlər” , “Собрание сочинений. 12т.”, “Полное собрание сочинений и писем. 30 т.” , “Избранные произведения в трех томах”, “Вишневый сад”, “Дама с собачкой” və s. yer alıb
  Məlumat üçün bildirək ki, 1860-cı il yanvarın 29-da Rusiyanın Taqanroq şəhərində anadan olan Çexov ixtisasca həkim olsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb. O, 25 illik yaradıcılıq həyatı ərzində 500-dən çox əsər yazaraq yazıçı-dramaturq kimi klassik rus ədəbiyyatının ən yaxşı nümunələrini yaradıb.
 Dahi rus yazıçısı Lev Tolstoy Anton Pavloviç Çexov haqqında deyib:
 "Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi".
 Anton Çexovun əsərləri AMEA Mərkəzi Elmi Kitabxanasında dünya ədəbiyyatı nümunələri arasında yer almaqdadır.