AMEA-nın Mərkəzi Elmi Kitabxanasında YAP Yasamal rayon təşkilatı ilə növbəti görüş keçirilib
  
6012

Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının  nümayəndələri ilə  növbəti görüş keçirilib. 
Görüşdə YAP-ın AMEA təşkilatının sədri Xədicə İsgəndərli, YAP Yasamal rayon təşkilatının məsləhətçiləri  – Ülviyyə Əliyeva  və Gülnarə Xudiyeva, MEK direktoru Leyla İmanova və partiya sıralarına qəbul edilmiş və qəbul olunmaqla bağlı müraciət etmiş MEK əməkdaşları iştirak ediblər.

Görüş zamanı YAP-a üzv qabul edilmiş16 nəfər MEK əməkdaşına partiya biletləri təqdim olunub.