MEK 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş sərgi təşkil edib
  
6016

Bu il xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 30 ili tamam olur. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi açılıb. Sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 dekabr 2019-cu il tarixli “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq təşkil edilib. Sərgidə “Azərbaycan terrorizmin caynağında” (Sülhiyyə Musaqızı), “Vətən yanğısı” (Budaq Budaqov), “Şəhidlər dağı” (Anar), “Şəhid idmançılar” (Dilqəm Quliyev), “Qara yanvar şəhidləri” (Qulu Kəngərli), “Azərbaycan Dövlət Neft Akademiyasının Yanvar şəhidləri” (Siyavuş Quliyev, İmran Cəfərzadə), “Dünyamızın 20 Yanvar faciəsi” (Haci Niftalı Şıxlar), “Mən şahidəm ki…” (Şakir Yaqubov), “20 Yanvar hadisələri, sənədlər, mövqelər, şərhlər” (Aydin Balayev, Rasim Mirzə), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Şəhidlər” biblioqrafiyası, “Vətən ağrısı, torpaq yanğısı”, (Allahyar Xocalı), “Şəhidlər dastanı” (Abdulla Qurbani), Azərbaycan Milli Elmlər Akademiyasının nəşri olan “20 Yanvar şəhidləri” və digər kitablar nümayiş olunur.

Qeyd edək ki, sərgilənən kitablar MEK-in elektron kataloqunda əks olunaraq Milli Rəqəmsal Yaddaş bazasında da yerləşdirilib.

Sərgi yanvar ayının 30-dək davam edəcək.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82