İnformasiya təhlükəsizliyinin təmin olunmasında “Kitabxanada vikipediya” modelinin tətbiqi
  
5999

     Vikipediya internetdə açıq şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan,  biliklərə əsaslanan, bilavasitə veb-brauserdən idarə olunan çoxdilli, əməkdaşlığa əsaslanan online ensiklopediyadır. 2001-ci ilin yanvar ayının 15-də yaradılmış Vikipediya dünya internet şəbəkəsinin ən çox istinad edilən mənbəyidir.  Mütəxəssislər Vikipediyanı Britanika ensiklopediyasına bərabər və ya ondan üstün qiymətləndirirlər.

 Vikipediyada 2020-ci ilin 13 yanvar tarixinə 73,902,958 redaktəyə açıq məqalə və 1,096,726,160 redaktə qeydə alınmışdırOnlardan 153.728 və 4.980.188 müvafiq olaraq Vikipediyanın Azərbaycan dili bölməsinə aiddir. Ən çox məqalə ingilis (5,994,675), alman, ispan, fransız, italyan dillərində yerləşdirilib. 
Vikipediya hazırda 299 + 10 dildə fəaliyyət göstərir. 15 dildə məqalələrin sayı 1 milyondan artıq (1-ci kateqoriya), 47 dildə isə 100 mindən artıqdır (2-ci kateqoriya). Azərbaycan dilində (latın qrafikası ilə) 2-ci kateqoriyaya aid edilən Azərbaycandilli vikipediya 50-ci yerdədir. Vikipediyada məqalələrin dərinliyi daha çox önəm kəsb edir. Dərinlik məqalədə istifadə olunan istinadlar və vikipediyadakı aktivliyi nümayiş etdirən göstəricilərə əsasən xüsusi düsturla hesablanır. Azərbaycanca vikipediya fəal istifadəçilərin sayına görə (674) 36-cı yerdə olsa belə, özündən qabaq sıralarda 24 fərqli dildə olan vikipediyalardan dərinliyinə görə üstündür. İkinci və üçüncü yerlərdə olan Sebuano və İsveç dilli vikipediyaların dərinliyi müvafiq olaraq 2 və 7 olduqda, Vikipediyanın Azərbaycan dili (latın qrafikası ilə) bölməsində dərinlik göstəricisi 32-dir. 
 15 yanvar Vikipediyanın yaradılması günüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Metodik Mərkəzinin əməkdaşları və könüllüləri daxil olmaqla, bütün viki-icma nümayəndələrini təbrik edir, Azərbaycan ətrafında informasiya blokadasının yarılmasına yönəldilmiş fəaliyyətlərinə görə təşəkkür edir və “Təkmilləşdirmə ayı”nda Vikipediyada daha etibarlı, dəqiq, elmiləşmiş məlumatların yerləşdirəcəklərinə əmin olduğumuzu bildirib yeni məqsədlər, yeni uğurlar arzu edirik.